Analitika

COP29 dünyada ən mötəbər beynəlxaq tədbirlərdən biridir

COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr COP-da təmsil olunurlar. Hər il dünyanın müxtəlif yerindən hökümət nümayəndələri burda toplaşaraq İqlim dəyişmələrinin qarşısının alınması və fəsadların aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağrışlar edir.Cop-un ilk toplantısı 1995-ci ildə Berlində, sonuncu toplantısı isə bu il Dubayda keçirilib.

Dekabrın 9 da Şərqi Avropa Regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib. Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT–nin tarixində ən geniş miqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq Dövlət və Hökümət başçısı qatılıb. Sözü gedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. 2024-cü il COP29 –a ev sahibliyi etmə növbəsi Şərqi Avropa Regional qrupuna düşüb. Sözü gedən qrupa daxil olan ölkəmiz konfransı Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. 2023-cü il dekabrın 7-də Azərbaycan Prezident Admistrasiyası və Ermənistan Baş Nazirinin birbaşa danışıqlarının nəticəsi olaraq verilən birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürüb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 gələn il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Nazir qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyəsət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai siyasi sabitliyə nail olub. Vətən Müharibəsində qazandığımız “Şanlı Zəfər” ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib.

Quliyeva Aidə,
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button