SPECA-nın iştirakçısı olan dövlət başçılarının iştirakçısı olan zirvə görüşündə dünyaya verilən
Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Bu il bu təşkilatın 25–ci ildönümüdür. Bu illər ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib Zirvə görüşü isə ilk dəfə keçirilir. Bu görüşün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir.
Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Prezident İlham Əliyevin dəvəti ilə zirvə görüşündə Gürcüstanın və Macarıstanın baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirdilər. İlk vaxtlar üzv ölkələr müstəqiliyini təzə elan etmişdilər. İndi isə 25 il keçəndən sonra dövlətlər xeyli hərtərəfli inkişaf etmişlər. Məlum məsələdir ki sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr geniş vüsət alıb. SPSCE-yə üzv pillələrdə isə sülh, sabitlik, əminamanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla davam edir. Bu xalqlarımızın böyük uğurudur.
Dünyada uğursuz, asili, iki və daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Ermənistan kimi ölkəyə sözün əsil mənasında müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqların iradəsinə əsaslanmır,onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər əsl müstəqil dövlətlərdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayır. BMT nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan bu fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Exspo mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı göstərir. Azərbaycan Mərkəzi Asiyada strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.
Hazırkı Zirvə görüşü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirilməlidir. Azərbaycanın güclü iqtisadiyyatı, müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri–enerji sektorunun payına düşür. Azərbaycan Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Müstəqilliyimizin ilk illərində ölkəmizin Beynəxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Həyata keçirilən etnik təmizəmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz torpaqlarından qovulmuşdur. 30 ilə yaxın aparılan danışıqlar səmərə verməmişdir. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhəridə “Qarabağ Ermənistandır və nöqtə “açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq qələbəsini qazandı. 44 günlük Vətən müharibəsində Ermənistan məğlub edildi və işğala son qoyuldu. Lakin sonralar da Ermənistann 15 minə qədər hərbi kontingenti işğal olunmuş ərazilərdə qalmaqda idi. Hərbi təxribatlar nəticəsində hərbiçilərimiz həlak olmuşlar. Bu il sentyabrın 19-20-də Qarabağda Antiterror əməliyyatı həyata keçirildi. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımı törətmiş Xocalı şəhəri də daxil olmaqla bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik.
Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir.Keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar. 2026-ci ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma yerlərinə qayıdacaq. Bu il avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagirdlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi Kurman Qazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq.
Əliyev Elçin,
Xəzər rayonu, 26№ li tam orta məktəbin müəllimi