Analitika

Azadlığına qovuşmuş şəhər-Kəlbəcər

Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə tuf, gil, perlit, üzlük  daş, mərmər, obsidian yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da yerləşir.

Kəlbəcərin  tarixi  abidələri  bizim  böyük  sərvətimizdir.  Kəlbəcərdə  mövcud  olan  kilsələr  qədim  Qafqaz  Albaniyası  dövlətinə  məxsusdur.

Kəlbəcər   rayonu, füsunkar  təbiətə, zəngin  mədəni  irsə  malikdir. Bizim  bir  neçə  böyük  çaylarımızın  mənbəyi  Kəlbəcər  rayonundadır.  Onların  arasında  ən böyüyü  Tərtər  çayıdır,  uzunluğu  200  km. Bazarçay, Xaçınçay. Onların  uzunluğu  təq. 200 km  yaxındır. Bu  çaylar  böyük  ərazini  qidalandırır. Kəlbəcər  rayonunda  böyük  meşə  əraziləri   vardır.  Kəlbəcər  rayonunda   24  min  hektar  meşə  ərazisi  var.

Kəlbəcər  ən  qədim  insan  məskənlərindən   biri  kimi  tanınır   və  mağara  düşərgələrində   aparılmış  arxeoloji  tədqiqatlar   sübut   edir  ki,  ibtidai  insan  icmasının  ilk   əmək  alətləri   də  bu  yerlərdə   yaradılıb. Rayonun  dağ  qalasıdır. Lex  qalası  XIII-XIV  yüzilliklərin  abidəsidir. Ümumiyyətlə, Kəlbəcərdə  dünya  əhəmiyyətli  2  tarix- mədəniyyət   abidəsi  vardır, onlar  Gəncəsər  və  Xudavəng monastrlarıdır.

Kəlbəcər ərazisindəki qayaüstü  təsvirlər  Qobustandakı  yazılı  və  şəkilli  daşların  oxşarı- əkizləridir. Soltan  Heydər, Qurbağalı  çay,  Turşsu, Ayçınqıllı, Gəlin qayası, Böyükdəvəgözü, Sərçəli və s yerlərdəki qayaüstü  təsvirlər  təkcə Kəlbəcərin deyil, bütövlükdə  Azərbaycan  torpağının  qədim  insan  məskəni  olduğunu  sübut  edir.

Kəlbəcər  1993- cü  ilin  aprel  ayının  3- dən  Ermənistan  ordusunun  işğalı  altında  idi. Rayon  ərazisində  1 şəhər, 1 qəsəbə  və 145  kənd  olmaqla  147  yaşayış  məntəqəsi  yerləşirdi. 1993- cü il  mart  ayının  23-dən  aprel  ayının  3-dək  gedən  gərgin  döyüşlərdən  sonra  60 min  Kəlbəcər  sakini  təxliyə  edilmişdir. Günahsız  insanlar öz dədə-baba  torpağından  vəhşicəsinə  qovulmuş, tarixi  abidələrə, təbiətə  böyük  ziyan  vurulmuşdur.

Kəlbəcər   də  Müzəffər  Ali  Baş  Komandanın  İkinci  Qarabağ  müharibəsində  yürütdüyü   hərbi- siyasi  yolun  davamı  olaraq  bir  güllə  atılmadan  azad  edildi  və  düşmən  rayondan  çıxmağa  məcbur  edildi. Məğlubiyyətlə  barışa  bilməyən  erməni  əhalisi  bölgədə  Azərbaycana  qarşı  ekoloji  terror  fəaliyyətləri  həyata  keçirmişdir.  Ərazini  tərk  edən  ermənilər   evləri  ilə  yanaşı  meşələri  də  yandırmışdır.

Kəlbəcərin  qaytarılması  Azərbaycanın  möhtəşəm  tarixi   Qələbəsinin  daha  bir  təsdiqidir. Müharibə  bir  daha  göstərdi  kim  kimdir. Ermənistan  məğlub  edilmiş  ölkədir.  Azərbaycan  zəfər  çalmış  ölkədir.  Kəlbəcər  bizimdir!  Qarabağ  Azərbaycandır!

Nəsirova Ofelya,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button