Analitika

Zəngilanın işğaldan azad olunması tarixi hər zaman qürur və fəxarət hissi ilə xatırlanacaq

Bu gün Zəngilanın işğaldan azad olunmasından 3 il ötür. Qarabağın bizim üçün  mənəvi dəyərinin yüksək olması hər kəsə məlumdur.Eyni zamanda bu torpaqlar təbii sərvətlərlə də zəngindir.Zəngilan rayonunun da ərazisində onlarla milli və dini tarixi abidə olub.Zəngilanda çöküntü süxurlarından başqa vulkanik materiallar-yura,təbaşir çöküntüləri yayılıb.Ərazidə bir sıra faydalı qazıntılar –tikinti daşı,qızıl yatağı,qara mərmər yatağı,əhəng  xammalı,əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlışərqdən Cəbrayıl rayonu ,cənubdan İran İslam Respublikası, qərbdən Ermənistanın Mehri və Qafan rayonu ilə həmsərhəddir.

Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.Rayon işğal edilərkən 1 şəhər,5 qəsəbə və 83 kənddən ibarət idi.Sahəsi 73 kv2  əhalisi 45 mindən çox olub.İşğaldan sonra əhali məcburi  olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Ermənilər işğal etdikləri ərazilərimizdə daşı – daş üstə qoymayıblar.Digər rayonlarımız kimi Zəngilandada abidə genosidi yaşadıblar.Tarixi – dini abidələrimizi , tarixi memarlıq abidələrimizi məhv ediblər.Beş məscid,Alban kilsəsi ,19 Ziyarətgahlarımız, 17 tarixi memarlıq abidəmiz Erməni silahlı qüvvələri tərəfindən darmadağın edilmişdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 – də  Azərbaycan Prezidenti  İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.Zəngilan şəhəri , rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Ali baş komandanımız şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 6974 hərbi qulluqçunu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif etdi.

“Böyük qayıdış” planları Zəngilanda sürətlə reallaşır. İşğaldan azad edilən yurd yerlərimizin bərpası prosesi davam edir. Ağalı  kəndində 200 evdən ibarət gözəl kənd salınıb, “ ASAN”, “ DOST” mərkəzləri də və digər bütün xidmətlər mövcuddur. Sakinlər doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu  Ağalı “ağıllı” kəndi dünyanın ən müasir kəndlərindəndir. Qarabağın “yaşıl  enerji” zonasına çevrilməsində  Zəngilanın xüsusi rolu var. Horadiz – Zəngilan – Ağbənd dəmir yolunun inşasının strateji əhəmiyyəti. Zəngilan-Horadiz avtomobil yolunun ümumi uzunluğu 124 km və 6 zolaqlı olacaq .Zəngilan Beynalxalq Hava Limanının  inşası da bu bölgənin inkişafı üçün mühüm faktor olmuşdur.Zəngilanı Naxçıvanla ayıran Zəngəzur dəhlizinin bərpası yeni iqtisadi perspektivləri yaradacaqdır. Zəngilan şəhər məscidi  Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.

Müzəffər Ali baş komandan İlham Əliyevin azad olunmuş rayonlara səfəri çərçivəsində dəfələrlə Zəngilanda olmuşdur. 23.12.2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Zəngilan sakinləri ilə görüşmüşdür. Onun azad edilmiş ərəzilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq, quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır həyat öz axarına düşür. İllər ötsədə bu şanlı zəfərləri nəsildən-nəsilə ötürəcək, xatirəsini əbədiləşdirəcək.

Bütün qələbələr Ali Baş Komandanımız İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət etsin!

Məmmədova Leyla,
Xəzər rayonu, 262 №li tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button