Partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 17 oktyabr 2023-cü il tarixində Xəzər rayonu Fuad Aynulov küçəsi 2 (29 saylı Birləşmiş Şəhər Xəstəxanası) ünvanında partiya fəalları ilə növbəti görüş keçirmişdir.
Globalnews.az xəbər verir ki, görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, illərlə həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Biz Qarabağın gec-tez azad olunacağına, soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarına inanırdıq. Çünki bilirdik ki, bizim sözü ilə əməli bir olan cəsarətli, əzmkar, qətiyyətli Liderimiz var. Bu gün artıq biz arzusu reallaşmış bir xalqıq. Yaşadığımız günlər böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. 20 il ərzində Azərbaycan hər bir sahədə yüksələn inkişaf xətti keçmişdir. Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsindəki sərkərdəliyi sayəsində Azərbaycan tarixinin şanlı səhifələrini qızıl hərflərlə yazdı. Dünyanın hər yerində sözünü qətiyyətlə, cəsarətlə deyən rəhbərimizin olmasından fəxr edirik. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan bəhs edib.
29 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi İsmayıl Tağızadə çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük nailiyyətlər qazanıb, sözün həqiqi mənasında tarix yazıb. Bu gün dünya döyüş meydanında parlaq zəfər qazanmış, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycandan, onun Müzəffər Ali Baş Komandanından danışır.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.




