Analitika

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

“Ömrümün bundan soraki hissəsini yalnız və yalnız Azərbaycan Respublikasını müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyərək, xalqın çağırışı ilə bu ağır dövrdə ölkəyə rəhbərliyi və ən əsası, xilaskarlıq missyasını üzərinə götürən Heydər Əliyev mövcud siyasi, hakimiyyət və dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyaətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun böyük qətiyyəti və iradəsi, nadir və iti dövlətçilik zəkası incə siyasi duyumu, misilsiz vətəndaşlıq hünəri Azərbaycan xalqının müstəilliyi yolunda öz həyatını qurban verməkdən belə çəkinməməsi nəticəsində dövlətçiliyimizin inkişafı yolundakı maneələr məharətlə aradan qaldırıldı, dövlətçiliyə meydan oxuyan qanunsuz silahlı birləşmələr ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən şərait yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqda öz gücünə, milli dövlətçiliyin inkişafına və gəlcəyinə inam artdı. Ölkə başçısı dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməklə yanaşı, böyük müdriklik və təmkinlə onu hər tərəfli inkişaf yoluna çıxartdı. Əgər respublikada baş verən hadisələrə cənab Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı dövlətin varlığı məsələsi sual altına düşmüş olardı. Ölkə başçısının uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, iti zəkası, iradəsi və qətiyyəti sayəsində dövlətimizdə ictimai-siyasi sabitlik yarandı, Azərbaycançılıq ideyası formalaşdırıldı, uyğurlu sülh danışıqları aparılaraq atəşkəsə nail olundu, dövlətimizin sivil cəmiyyət quruculuğu yolundan dönməyəcəyi bütün dünyaya əyani bəyan edildi.

Ölkəmizdə bütün istiqamətlər üzrə genişmiqyaslı ardıcıl islahatların həyata keçirilməsi də elə bu vaxtdan, 1995-ci ildən-tam ictimai-siyasi sabitliyin bərqərar olunmasından sonra başlandı. Bu illər ərzində ölkəmizdə həyata keçirilən hərtərəfli islahatları və onların nəticələri Azərbaycanın tutduğu demokratik hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini bir daha təsdiq etdimişdir. Azərbaycan Prezidentinin beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatların yüksək tribunalarından məharətlə istifadə etməsi nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqəsi yüksələn xətlə inkişaf etməyə başladı.

Ölkə başçısının şəxsi rəhbərliyi altında işlənib hazırlanaraq uğurla həyəta keçirilən neft strategiyası nəticəsində Bakı “Əsrin müqaviləsi” kimi məşhur olan neft kontrakları imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi barədə razılıq əldə edildi, mühüm milli və transregional layihələrin həyata keçirilməsinə, Böyük İpək yolunun bərpasına, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına nail olundu. Beynəlxalq aləmdə nüfuzunun daim artmasının və hərtərəfli istedadın dünyanın ən görkəmli siyasətçiləri tərəfindən də etiraf olunmasının təzahürüdür ki, İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasının Vitse-Prezidenti və Büro üzvi seçilmiş, belə mötəbər beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunan ilk azərbaycanlı olmaqla, Xalqımızın ən yeni və şanslı tarixini yaradan, keçmiş sovetlər birliyi kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlmiş Heydər Əliyev dühasının və onun şərəfli yolunun layiqli davamçısı olduğunu əməli ilə sübut etmişdir.

Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu həyatımızın bütün sahələrində olduğu kimi hüquqi sahədə də islahatların həyata keçirilməsini zəruri etmişdi. 1955-ci ildə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbətliyi ilə qəbuledilmiş ilk milli Konstitusiyamız Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır. Qısa müddət ərzində ölkə başçısının bilavasitə rəhbərliyi ilə beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən yeni mütərəqqi qanunların lahiyələri hazırlanaraq qəbul edilmişdir.

Umarova Şəbnəm,
Xəzər rayonu, 121№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button