Analitika

Azərbaycan hər zaman olduğu kimi öz sözünə sadiqdir

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cərşənbə günü xalqa müraciət edərək, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa etməsi və “qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma” prosesi barədə məlumat verdi. Sentyabrın 19-da səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olmasından sonra Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında “antiterror əməliyyatı”na başladığını, 20-si günü günorta saatlarında separatçı qüvvələrin qarşı tərəfin silahı təhvil verməyə razılaşmasından sonra əməliyyatı dayandırdığını elan etmişdi.

İlham Əliyev çıxışında, Qarabağ erməniləri üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduğumuzu qeyd edərək, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinə toxunub və eyni şəraitin Xankəndində, Ağdərədə, Xocavənddə, Əsgəranda, və digər kəndlərdə yaradacağını vurğulayıb. Çıxışında cənab Prezident:  “Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” deyə qeyd etdi.

Ermənistana görə, Qarabağda 120 min, Azərbaycana görə, 50 min erməni yaşayır. Xalqa müraciətində İlham Əliyev bildirib ki, Qarabağda yaşayan erməni əhalisinin “tezliklə yaxşılığa doğru dönüşü görəcəyinə əmindir”. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu bir neçə dəfə dediyini xatırladan İlham Əliyev hesab edir ki, bu gün “Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans” yaradılıb, “O şansı əldən verməmələrini” tövsiyə edib. “Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”, – Azərbaycan Prezidenti çıxışında vurğulayıb. O, qeyd edib ki, “erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri” Qarabağ ermənilərini “girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan və Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir”, deyə bildirən Prezident qeyd edib ki, Ermənistan da Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra “Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!” Sentyabrın 9-da Qarabağda keçirilən “saxta seçkilər” də “prezident” seçilən şəxs də “dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar”. Cənab Prezident separatçı qurumu revanşizimdə ittiham edərək və qeyd etdi ki, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə onar həm məsuliyyət daşıyırlar, həm də “qürur hissi keçirirlər”.

“Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik”, deyə İlham Əliyev çıxışında bildirdi. “Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, – deyə Prezident İlham Əliyev əlavə etdi.

Qarabağdakı separatçı qurumlar əməliyyatlar zamanı azı 32 adamın həlak olduğunu, arasında mülki şəxslərin də olduğu 200 adamın yaralandığını bildirib. Qarabağda yaşayan sakinlər isə bildiriblər ki, əməliyyatlar zamanı mülki infrastruktura zərər dəyib. Rusiya Müdafiə Nazirliyi iki min insanın Qarabağdan təxliyə etdiyini deyib. Bunlara cavab olaraq rəsmi olaraq tərəfimizdən əməliyyalar zamanı yalnız hərbi infrastukturun hədəfə alındığını açıqladı. İlham Əliyev də çıxışında qeyd etdi ki, Qarabağda antiterror tədbirlər yüksək peşəkarlıqla, dəqiqliklə elə aparılıb ki, mülki əhali zərbə altına düşməyib, mülki infrastruktura zərər vurulmayıb. O əlavə edib ki, bölgədə yeni vəziyyət yaranıb: “Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər”. Cənab Əliyev çıxışı zamanı Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını xatırladıb.

“Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”! – İlham Əliyev.

Nigar Əliyeva,
122 nömrəli ümumi orta məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button