Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi
19 sentyabr 2023-cü ildə səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə gedirdi. Azərbaycan Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər vətəndaşımız həyatını itirdi.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur,ya da ağır yaralanmışdır. Qarabağda anti-terror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur.Bəli, bu tədbirləri gözləmək olardı. Çünki, 2020-ci ildən başlayaraq Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxarmadı. Qarabağda qeyri- qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxlanıldı. Üstəlik, müxtəlif yollarla əraziyə hərbi vasitələr cəlb etdi, ərazilərimizi minaladı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, lokal anti-terror tədbirlərinin həyata keçirilməsində başlıca məqsəd hərbi təyinatlı oyektləri zərərsizləşdirməkdir. Qarabağda lokal antiterror tədbirlərini şərtləndirən amillərə diqqət yetirərkən, bölgənin separatçı rejiminin yol verdiyi bir sıra hərəkətləri vurğulamağa ehtiyac var.
Azərbaycan Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edildi. Erməni silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb. Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.
Bəli, Azərbaycan özünün beynəlxalq hüquqla tanınmış ərazilərində-Qarabağ bölgəsində lokal anti-terror tədbirləri gerçəkləşdirir və bu tədbirlər heç bir ölkəyə qarşı yönəlməyib. Əsas hədəf separatçılığın kökünü kəsməkdir və buna nail olunması mütləqdir. 24 saat davam edən əməliyyatdan sonra Azərbaycan istədiyinə nail oldu və əməliyyata son qoydu.
Azərbaycanın Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı antiterror əməliyyatının uğurla başa çatmasının əks sədaları davam edir. Ölkəmizin bu qələbəsi bütün dünyaya səs saldı. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki,onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət , peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, heç bir qüvvə ölkəmizi tutduğu yoldan döndərə bilməz!
Quliyeva Aidə,
Xəzər rayonu 262 nömrəli tam orta məktəbin müəllimi