Analitika

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.

Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.  Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. İşğalçı bundan sonra da öz qanunsuz əməllərini, iyrənc, yolverilməz açıqlamalarını dayandırmasa, bu məsələ sadəcə masa arxasında deyil, igid əsgərlərimizdə ön cəbhədə qarşı-qarşıya gəlməkdən, misli olmayan zərərlərdən və darmadağından xilas ola bilməyəcəkdir. Yəqin ki, Ermənistan da təxribatların nəticə verməyəcəyini, ərazilərin qaytarılmalı,  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu başa düşəcəklər.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button