Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 183b” ünvanı üzrə ərazi partiya təşkilatının iclası keçirilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 183b” ünvanı üzrə ərazi partiya təşkilatının iclası keçirilib.
Globalnews.az xəbər verir ki, iclasda 3 saylı Bakı “DOST” Mərkəzinin direktoru Kamran Abdullayev, direktor müavini İnqilab Fərzəliyev və YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov YAP-ın yarandığı gündən Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi işlərinə verdiyi mühüm töhfələrdən danışıblar. Bildiriblər ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. İnqilab Fərzəliyev “Heydər Əliyev prospekti 183b” ərazi partiya təşkilatının sədri seçilib.
Sonda xatirə şəkili çəkdirilib.