Prezident İlham Əliyev: Azərbaycanla Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda dövlətimizin başçısı Şimali Makedoniya Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib.
Azərbaycanla Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.