Siyasət
Ermənistan tərəfinin təxribatı zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
“Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.