Analitika

Azərbaycan-Qoşulmama hərəkatı əlaqələri xarici siyasətin uğurları

Xarici siyasət dövlətin əsas istiqamətlərindən biridir. Xarici siyasətin uğurlu olması əslində ölkənin bütün sahələrindəki fəaliyyətinə müsbət təsir edir. Tarixə nəzər yetirsək Azərbaycanın yerləşdiyi geosiyasi mövqeyi, Şərqlə Qərb, Şimal ilə Cənub arasında olması onun uğurlu xarici siyasət yürütməyə yönləndirib. Əsası hələ Bayandurlu Uzun Həsən tərəfindən qoyulmuş Avropa ilə münasibətləri bu yanaşmaya aid edə bilərik. Səfəvilər imperiyası uğurlu xarici siyasəti davam etdirərək İngiltərə ilə belə münasibətlər qurmuşdur. Şərqin ilk müsəlman demokratik dövləti olan AXC dövründəki nailiyyətlər isə atılan addımların ən uğurlusu idi desək yanılmarıq. Təəssüf ki, rus işğalının qarşısını Antanta tərəfindən de-fakto tanınmaq belə ala bilmədi…

3-cü Respublika dövrü yarandığı ilk vaxtdan beynəlxalq təşkilatlara, xarici dövlətlərlə xüsusilə qonşu ölkələr ilə əlaqələrə ciddi önəm verib. Müstəqillik qazandığımız ilk ildə İslam Konfransı Təşkilatı, növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatına, BMT-yə üzv olaraq beynəlxalq aləmin bir hissəsinə çevrilmişiq. Uğurlu xarici siyasətin bünövrəsini qoyan ümummilli lider Heudər Əliyev olmuşdur. Məhz onun gecə-gündüz demədən əziyyətinin bəhrəsi olaraq 1996-ci il Lissabon samitində torpaqlarımlzın 20 faizinin işğal altında olmasına baxmayaraq, ərazi bütövlüyümüzün iştirakçı 54 dövlətdən 53-nün tanıması (tanımayan yalnız işğalçı Ermənistanın özü idi) böyük və tarixi hadisə idi.

Artıq dövr dəyişib Azərbaycan güclü iqtisadiyyatı, stabil daxili və xarici siyasəti ilə regional siyasət yürüdərək, regiondakı məsələrdə öz güclü mövqeyini qoya bilir.

Əsası hələ ikinci dünya müharibəsindən sonra 1955-ci ildə Bundunq konfransında qoyulan “Üçüncü dünya ölkələri” iki global gücə qarşı mübarizə aparmış, dünyanın iki qütbə bölünməsinə etiraz etmişlər. Bu prizmadan yanaşan ölkələr siyahısına ölkəmiz də qoşulub.

Belə ki dünya qlobal pandemiya ilə boğuşurkən Azərbaycan “Bandunq prinsipinə” əsasən peyvənd millətçiliyi nə etiraz ederək, peyvəndin ölkələr arasında ədalətli bölgüsünü tələb etmişdir.

2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması hərəkatın tarixində ilk idi. Hazırda BMT yeni dünya nizaməna cavab vermir, və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatın mövgeyi və statusu artırılmalıdır”. Bu ifadələri cəsarətlə deyərək əslində BMT mexanizmlərini qeyri-işlək olduğunu vurğulamaq siyasi cəsarət tələb etsə də, prezident bunu öhdəsindən məharətlə gəlir. Toxunduğu digər cəsarətli məqam isə Fransanın yeritdiyi neokolonializm siyasətinə etirazıdır. Əli yüz minlərlə afrikalının qanına batmış bir ölkənin “demokratiya dərsi” verməsi absurd və gülüncdür. Hələ üstəgəl tutduqları mövqe erməni separatçıları ilə üst-üstə düşürsə.

Qlobal problemlər olan aclıq, qıtlıq. su çatışmamazlığı, plansız miqrasiyalar konteksində dəfələrlə uğurlu çıxışları ilə yadda qalan Azərbaycana Qoşulmama Hərəkatından böyük dəstək 2020 və 2022-ci illərdə BMT ədalətsiz qərarına etiraz edildikdə gəldi.

Daha yeni uğurlu addımlara…

Məmmədova Aysel,
Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button