Analitika

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətini yüksək dəyərləndirdi

Dünyanın diqqəti yenə Azərbaycana yönəlib. İki gün davam edən növbəti beynəlxalq tədbirə ev sahibliyi edən Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilir. Bu tədbirin əhəmiyyəti böyükdür və Azərbaycanın dünya birliyində nüfuzunun artması istiqamətində uğurlu addım sayılmalıdır. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə beynəlxalq qurumun sədrliyini həyata keçirməyə başlayıb”.Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə böyük etimad göstərilmişdi: “Qoşulmama Hərəkatına sədrlik və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Qoşulmama Hərəkatına sədrlik etməklə bir ilkə imza atdı. Dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür və Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür”.Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.” Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə yenidən ortaya əsaslandırılmış yanaşma qoyaraq özünün mövcud qlobal problemlərin həlli istiqamətində rolunu və potensialını nümayiş etdirir. Bundan öncə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk görüşü, daha sonra Gənclər Şəbəkəsinin baş tutan tədbirləri və bu gün də Nazirlər İclasınını keçirilməsi deməyə əsas verir ki, bu təşkilatın institusional mərkəzinin təsis olunması da yaxın gələcəkdə reallaşa bilər. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasından dünyaya səslənməsi bir daha ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin bu günə qədər sülhə doğru atdığı addımlar və səsləndirdiyi fikirlərinin bariz göstəricisidir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button