Qoşulmama Hərəkatının institusional inkişafı da məhz Azərbaycanın quruma sədrlik etdiyi dönəmdə baş verdi
Qoşulmama Hərəkatı beynəlxalq aləmdə BMT-dən sonra nüfuzuna görə və tərkibində ən çox dövlətiləri birləşdirən bir siyasi qurumdur. Bu beynəlxalq qurum öz ətrafında 120 üzv ölkəni, 18 müşahidəçi ölkəni və 10 müşahidəçi təşkilatı birləşdirir. Yarandığı vaxtdan etibarən Qoşulmama Hərəkatı beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin qorunması məqsədilə bir çox məsələlərdə sülhün təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan Respublikası da öz növbəsində 2011-ci ildən etibarən bu hərəkatın üzvü olmuş və qısa zaman ərzində Hərakatda böyük nüfuz qazanmışdır. Qoşulmama Hərəkatı Azərbaycanı öz üzvlüyünə qəbul etdikdən sonra mütamadi olaraq ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləmiş və müdafiə etmişdir. Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Qoşulmama Hərəkatının institusional inkişafı da məhz Azərbaycanın quruma sədrlik etdiyi dönəmdə baş verdi. Belə ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı təsis edildi. Azərbaycan Prezidenti Bakı toplantısında bu qurumların yaradılmasını Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olaraq xarakterizə etdi. Qeyd edək ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransına da Bakı evsahibliyi edib. Bu toplantının nə qədər uğurla təşkil olunması barədə Bəhreyndə keçirilən konfransda ayrı-ayrı ölkələrin rəsmiləri tərəfindən yüksək fikirlər eşitmək olduqca xoş idi. 4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur.
Cari ilin iyul ayında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda başlayan nazirlər görüşü həm milli maraqlar, həm də qlobal məqsədləri baxımdan çox mühim tarixi siyasi hadisədir. BMT-də islahatlar aparılması barədə ümumi təkliflərdən o yana keçməyən liderlərdən fərqli olaraq İlham Əliyev Qoşulmama hərəkatına sədrliyi dövründə islahat nümunəsi ortaya qoydu. Etiraf edək ki, Qoşulmama hərəkatı böyük potensialına baxmayaraq Azərbaycanın sədrliyinə qədər ətalətdə qalan bir təsisat olub, amma bu gün İlham Əliyevin rəhbərliyi altında hərəkat özünün təsirli Parlament və gənclər şəbəkəsi olan, qlobal proseslərə BMT-dən daha effektiv formada adekvat reaksiya verən institusional təşkilata çevrilməkdədir. Bu gün Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər və göstərdiyi səylər dünyada həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə, təsisatın isə institusional inkişafına, hətta Prezident İlham Əliyevin də söylədiyi kimi müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq beynəlxaq aləmdə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına və ayrıseçkiliyə qarşı mübarizə aparmaqla bütün dünya ölkələrinin Azərbaycan xalqına və Azərbaycan dövlətinə olan etimad və rəğbətin daha da artmasına nail olmuşdur.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.