Analitika

Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Ulu öndərimiz Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirib. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyəti, incəsənəti diqqət mərkəzində saxlayıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, bu diqqətdən kənarda qalsın. Heydər Əliyev rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və dəyərli təklifləriylə onları ruhlandırır, stimul verirdi. 

“Azərbaycanın tanınmış sənətkarları Sovet dövründə məhz Ümummilli Liderin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Ümummilli lider Heydər Əliyevin bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirakı zamanı hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər. Onlara xüsusi qayğı göstərilməyə başlandı.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri — teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. «Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialı ilə layiqli yer tutacaqlar” deyən Prezident İlham Əliyev xalqın inkişafı, o cümlədən mədəni tərəqqisi yolunda dönməz mübariz olduğunu öz fəaliyyəti ilə daim nümayiş etdirməkdədir. 

Oxşar Xəbərlər

Back to top button