Analitika

Füzuli təkcə Azərbaycanın, Şərqin deyil, bütün bəşəriyyətin dahi mütəfəkkiridir

Ulu Öndər Heydər Əliyevin görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında söyləmişdir:” Füzuli təkcə Azərbaycanın, Şərqin deyil, bütün bəşəriyyətin dahi mütəfəkkiridir. Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.

Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.

Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur.”

Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.”

Azərbaycan, ərəb və fars dillərində ölməz sənət nümunələri yaradaraq zəngin ədəbi irs qoyub getmiş Füzulinin yaradıcılığı dünyanın bir çox görkəmli alimləri tərəfindən tədqiq edilmiş, onun həyatı və sənəti barədə dəyərli elmi əsərlər yazılmışdır.

 Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Dərbənd şəhərində Beynəlxalq Elmi Konfransı keçirilmişdir.

Dağıstan alimləri öz xalqlarının Füzuli sənətinə olan böyük hörmət və məhəbbətini ifadə edərək dahi şairin yaradıcılığını dərindən öyrənir, sanballı elmi-tədqiqat işləri aparırlar. Dərbənd şəhərində keçirilən beynəlxalq elmi konfrans da Füzuli poeziyasının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.

Məhəmməd Füzulinin 500 illik yubileyinin dünya miqyasında keçirilməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatı tərəfindən qəbul olunmuş qərar xalqımıza, mədəniyyətimizə, Məhəmməd Füzuliyə verilmiş böyük qiymət, hörmət və ehtiramdır. Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatının baş direktoru hörmətli cənab Federiko Mayor Azərbaycana gəlib, bu gün bizimlə bərabərdir, bu yubileyi bizimlə bir yerdə qeyd edib.

Türk dünyası yazıçılarının III qurultayında Məhəmməd Füzulinin yaradıcılığı və onun 500 illik yubileyi diqqət mərkəzində olmuşdur. Türkdilli ölkələrin beynəlxalq TÜRKSOY təşkilatının VIII toplantısında Məhəmməd Füzulinin yaradıcılığı, onun irsi diqqət mərkəzində olmuşdur. Bakıda beynəlxalq simpozium keçirilmişdir. Məhəmməd Füzulinin yaradıcılığı bu günlər bir daha həm Azərbaycanın ictimaiyyəti qarşısında yüksəlmiş, həm də dünyaya nümayiş etdirilmişdir.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button