Siyasət
“Zəngəzur dəhlizi Ermənistanla deyil, İranla bağlı problemdir”
“Zəngəzur dəhlizi Ermənistanla deyil, İranla bağlı problemdir”.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinə dair jurnalistlərə verdiyi açıqlamasında deyib.
“İranın burada belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Bu məsələni qısa zaman ərzində həll edəcəyimizə ümid edirəm. Buna müsbət yanaşsalar həm quru, həm də dəmir yolu ilə burada Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London” xətti də açılmış olar”, – deyə Ərdoğan qeyd edib.