AZ RU Giriş
  • VALYUTA

  • 2019.03.20

5 qardaş birləşib “Lamborghini” istehsal etdi — FOTO / VİDEO


Baxış sayı: 198
11:33 14/11/18 | Maraqlı


İraqın Süleymaniyyə şəhərinin Ranya rayonundakı emalatxanada işləyən beş qardaş dünyanın ən lüks avtomobillərinin oxşarını istehsal edir.

 “Globalnews.az” xəbər verir ki, emalatxananın sahibi Kamal Səlim bu işə 2010-cu ildən başladıqlarını bildirib. Qardaşlar əsasən “Lamborghini” üslublu avtomobillərə üstünlük verirlər.

“İndiyə qədər 7 avtomobilin oxşarını hazırladıq. Ən əsas işimiz 40 min dollara “Lamborghini” istehsal etmək olub”, - deyə Kamal qeyd edib.

Qardaşlar mühərrik, sürətlər qutusu və təkər kimi bəzi vacib ehtiyat hissələrindən başqa digər detalları öz imkanları hesabına istehsal edirlər. Səlim bildirib ki, 7 ay ərzində bir avtomobili hazırlamaq mümkündür:

“Maşınların tərzi bir-birindən fərqlidir. Daha çox idman və lüks üslublu maşınlara üstünlük veriri. Adi avtomobili 3 aya hazırlamaq olar. “Lamborghini” kimi maşınların dizaynı isə çətin olduğu üçün 1 ilə qədər vaxt aparır”.

Kamal eyni zamanda bildirib ki, bir avtomobili satış qiymətinin 30 faizinə qədər məbləğlə əldə etmək mümkündür:

“Maşınları sınaqdan keçiririk və satmırıq”.

 


sizin reklam yeriniz

Qeydiyyat



Giriş



Təklif və iradlar

Buradan təklif və iradlarınızı
bizə göndərə bilərsiniz.