AZ RU Giriş
  • VALYUTA

  • 2019.03.20

BMT rəsmisi: Azərbaycana təşəkkür edirik ki...


Baxış sayı: 109
17:08 25/10/18 | Siyasət Siyasət0


BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün biz yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəlikləri üzərimizə götürmüşük.

Globalnews.az-ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Prezidenti (ECOSOC) İnqa Ronda Kinq Dayanıqlı İnkişafa dair Bakı Beynəlxalq Humanitar Forumunda deyib.

BMT rəsmisi qeyd edib ki, son məqsədə çatmaq üçün indiyə qədər əldə edilən nailiyyətlər kifayət deyil. O bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr arasında əməkdaşlıq olmalıdır, çoxtərəfli əməkdaşlıq səmərəli şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, hökumətlə bərabər qeyri-hökumət institutları da bu prosesə qoşulmalıdır. Ölkələr tərəfindən könüllü icmaların yaradılması məsələsinə toxunan İ.Kinq bu istiqamətdə fəaliyyətinə görə Azərbaycana təşəkkür edib:

“Azərbaycana təşəkkür edirik ki, 2017-ci ildə artıq belə bir könüllü icma təqdim etmişdi və 2019-cu ildə daha bir belə icma təqdim edəcək”.

O qeyd edib ki, DİM-lərin həyata keçirilməsi üçün qlobal əməkdaşlığa ehtiyac var. İ.Kinq bildirib ki, Bakıda keçirilən bu forum DİM-lərin həyata keçirilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi baxımından uğurlu platformadır.

O qeyd edib ki, DİM-lərin həyata keçirilməsində heç kim kənarda qalmamalıdır: “İstədiyimiz dünyanı yaratmaq üçün biz güclü olmalıyıq və birgə fəaliyyət göstərməliyik.(trend)


sizin reklam yeriniz

Qeydiyyat



Giriş



Təklif və iradlar

Buradan təklif və iradlarınızı
bizə göndərə bilərsiniz.