Gündəm

Vətən müharibəsi Şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günündə əziz xatirəsi yad olundu

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.

Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, aparatının məsul əməkdaşları, Şəhid ailələri,  Vətən müharibəsi qaziləri və  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı  ilə  Vətən müharibəsi zamanı torpqalarmızın azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olmuş Solnsev Dmitriy Aleksandroviçin doğum günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Oxşar Xəbərlər

Back to top button