Analitika

Son 10 ildə həyata keçirilən çoxsaylı infrastruktur layihələri iqtisadi inkişafı sürətləndirən güclü baza formalaşdırıb

Dinamik inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi tərəqqisinin əsasında duran mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Məlumdur ki, bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Məhz qəbul və icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində çoxsaylı, əhəmiyyətli infrastruktur layihələri həyata keçirilib. Məqsəd Bakı və onun mərkəzi ilə yanaşı, ətraf qəsəbələr və bölgələr arasında fərqi aradan qaldırmaqdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev son 10 ildə infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu bildirib: “Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır”. Respublikada həyata keçirilən bütün inkişaf proqramları çərçivəsində Bakı və Bakıətrafı qəsəbələr, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılıb, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Vurğulamaq lazımdır ki, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır – elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. Müasir standartlara cavab verən nəqliyyat sistemi yaradılıb. Son 10 ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz respublikada müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Belə ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli templərlə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iritonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib. Ökənin nəqliyyat sektorunun inkişafının iqtisadiyyatın digər sahələrində yüksəlişə ciddi təsir göstərən amil olduğunu əvvəlcədən nəzərə alaraq dövlət investisiya siyasətində bu sektora xüsusi diqqət ayırıb. Nəqliyyat sektoruna yatırılan investisiyaların artması xüsusilə 2006-cı ildən etibarən başlanıb. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xarici kreditlər də cəlb edilib. Nəqliyyat sektoruna yatırılan investisiyalar 2009-cu ildə ölkə iqtisadiyyatına bütün kapital qoyuluşlarının 23,8 faizini təşkil edib. Bu investisiyaların 85 faizi avtomobil yollarının, körpülərin, piyada keçidlərinin və s. tikintisi və yenidən qurulmasının payına düşüb.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button