Analitika

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və qlobal təhlükəsizliyə təminat yaradır

Azərbaycanın ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib. Forumda dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər və tanınmış ziyalılar iştirak edirlər. Dünyanın 30-dan çox ölkəsindən dini liderlərin qatıldıqları tədbirdə dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi, müasir dünyanı, sülhü və əmin-amanlığı təhdid edən amillərə, müharibələrə, qarşıdurmalara, iqlim dəyişikliyi və ekoloji böhran problemlərinə dinlərin münasibəti, ictimai və siyasi xadimlərin birgə fəaliyyəti və digər məsələlər müzakirə olunub, çağırışlar edilib, təkliflər səsləndirilib. Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirak edirlər. Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə olunur. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir. Ölkəmizin mədəni və sivil həyatında mühüm rol oynayan tədbirlərin baş tutması, ölkə başçımızın diqqət və qayğısı əsasında əldə edilən beynəlxalq ictimaiyyətin müsbət rəyi nüfuzumuza müsbət təsir göstərir. Yüksək səviyyəli dövlət xadimlərinin, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıların olduğu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün olduqca önəmli platformadır.

Mətanət Cəfərova,
YAP-nın fəalı

Oxşar Xəbərlər

Back to top button